-
- 13-06-2024, 20:33
- 252
“Çox acılar çəkdim..." - Nazpəri Dostəliyeva
“Çox acılar çəkdim, imtahanlarım oldu, amma özümü yenə də xoşbəxt sayıram”.
News24.az Yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva deyib.
Sənətçi hər şeyə rəğmən özünü xoşbəxt hiss etdiyini etiraf edib:
“İndi tək yaşayıram, oğlum ailəsi ilə ayrı yaşayır. Nəvəm Tamerlan uzaqdadır. Hər şeyə rəğmən mən özümü xoşbəxt hiss edirəm. Çünki mən yarandığım gündən bəri Allahın imtahanında olmuşam, o acılardan, o çətinliklərdən, imtahandan bacardığım qədər alnıaçıq, üzüağ çıxmağa çalışmışam. Və hər dəfə, hər an, hər dəqiqəm Allahıma şükr etmək və Allahdan səbr diləmək olub.
Allah həmişə kömək olub mənə.
Heç vaxt özümü tək hiss etmirəm, çünki Əkbərim, gəlinim, nəvələrim, sevənlərim var.
Ona görə də xoşbəxtəm”.