"Titanik-dəki o səhnə kabus idi"
    • 13-06-2024, 17:52
    • 220

"Titanik-dəki o səhnə kabus idi"

1997-ci ildə Ceyms Kemeronun rejissorluğu ilə 11 Oskar qazanan Titanik filmində Leonardo Di Kaprio ilə baş rolda oynayan və Rouz obrazını canlandıran Keyt Uinslet filmin uğuru ilə Hollivud ulduzuna çevrilib.


News24.az xəbər verir ki, "Titanik"in uğurundan sonra rol aldığı layihələr və aktyorluq oyunu ilə adından söz etdirən 48 yaşlı britaniyalı ulduz Keyt Uinslet filmdəki məşhur "Uçuram" səhnəsi ilə bağlı etiraflar edib.

Vanity Fair üçün rol aldığı filmlərin ən məşhur səhnələrini izləyən və şərhlər yazan məşhur ad, geriyə baxanda bu səhnəni çəkərkən hər şeyin heç də dedikləri qədər yaxşı olmadığını etiraf edib.

"Tanrım, o, çox romantikdir, elə deyilmi? Təəccüblü deyil ki, dünyada hər bir gənc qız Leonardo DiCaprio tərəfindən öpülmək istəyir", - Uinslet zarafat edib və əlavə edib:

"Amma göründüyü qədər yaxşı deyildi. Biz hər zaman öpüşürdük. Çox solğun makiyajım var idi və çəkilişlər arasında hər ikimiz makiyajımızı yoxlamaq məcburiyyətində qalırdım”.

Mükafatlı aktrisa çəkilişlərin aparıldığı məhəccərlərin makiyaj komandası üçün çox hündür olduğunu deyib və səhnəni kabus kimi qiymətləndirib.

Günel Məlikzadə