Şolz: Putinin sülh təklifi ciddi deyil
    • 15-06-2024, 12:30
    • 178

Şolz: Putinin sülh təklifi ciddi deyil

Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinin sülh təklifini şərh edib.

News24.az xəbər verir ki, G7 toplantıları üçün İtaliyada olan Şolz Putinin sülh təklifinin ciddi olmadığını və bu səbəbdən sammitdə müzakirə olunmadığını bildirib.

ZDF televiziyasına danışan Scholz, Putinin Ukraynanın 4 bölgəni Rusiyaya verməsi və Kiyevin NATO məqsədlərindən əl çəkməsi şərti ilə təklifinin yalnız İsveçrə Sülh Konfransını pozmaq məqsədi daşıdığını bildirib.

Qeyd edək ki, İsveçrə Sülh Konfransı bu gün Ukrayna və onun müttəfiqlərinin iştirakı ilə başlayır.

Konfrans Rusiyanın Ukraynadakı müharibəsini dayandırması üçün Moskvaya təzyiq göstərməyi planlaşdırır.

Günel Məlikzadə