Makronla Şolz Putinin QEYBƏTİNİ ETDİ
    • 28-08-2023, 16:35
    • 171

Makronla Şolz Putinin QEYBƏTİNİ ETDİ

Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makron 2022-ci ilin martında telefon danışıqları zamanı Rusiya lideri Vladimir Putinin Rusiyaya qarşı tətbiq edilən sanksiyalara reaksiyasından təəccübləniblər.

News24.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

"Danışıqlardan daha çox bir şey məni narahat edir: o (Putin) sanksiyalardan şikayət etmir. Bunu sizinlə söhbətdə edib-etmədiyini bilmirəm. Ancaq onlardan bəhs etməyib"- qəzet Makronla müsahibəsində Olaf Şolzdan sitat gətirir.

Mətndə deyilir ki, Fransa prezidenti Putindən Rusiyaya tətbiq edilən məhdudiyyətlərlə bağlı şikayətləri eşitmədiyini də qeyd edib.

Aydan