Məşhur qapıçı 26 yaşında qəflətən öldü
    • 15-06-2024, 19:00
    • 243

Məşhur qapıçı 26 yaşında qəflətən öldü

Monteneqro millisinin və İngiltərənin “Milluoll” klubunun qapıçısı Matiya Sarkiç ölüb.

News24.az Publika.az-a istinadən xəbər verir ki, 26 yaşında olan Sarkiç iyunun 15-də Monteneqronun Budva şəhərindəki evində dünyasını dəyişib.

Futbolçunun ölümünün dəqiq səbəbləri məlum deyil. “Daily Mail”in məlumatına görə, Sarkiç şənbə günü səhər tezdən xəstələnib. Futbolçunun dostları təcili yardım çağırsalar da, onu xilas edə bilməyiblər.

Qolkiper iyunun 5-də Monteneqro millisinin heyətində Belçika ilə yoldaşlıq oyununda (0:2) çıxış edib. Ümumilikdə Sarkiçin millidə 9 oyunu var.