Ard-arda iki dəfə zəlzələ oldu
    • 16-06-2024, 10:29
    • 223

Ard-arda iki dəfə zəlzələ oldu


"İyunun 16-na keçən gecə Saxalin adasında iki zəlzələ baş verib".

News24.az publika.az-a istinadla xəbər verir ki, bunu Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova bildirib.

Zəlzələlərdən birinin maqnitudası 4,1, episentri Aniva rayonunun Təranay kəndindən 12 kilometr aralıda, 7 km dərinlikdə yerləşib.

"Əməliyyat məlumatlarına görə, zəlzələ Təranay, Oqonki kəndlərində və Aniva rayon mərkəzində 4 bala qədər, Nevelsk şəhərində 3 bal gücündə hiss edilib" - Semenova deyib.

Bir saat sonra isə eyni ərazidə 2,0 bal gücündə zəlzələ baş verib.