"Qəzzəyə humanitar yardım çatdırmaq mümkünsüz hala gəlib
    • 24-06-2024, 14:33
    • 155

"Qəzzəyə humanitar yardım çatdırmaq mümkünsüz hala gəlib"

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri iyunun 27-28-də keçiriləcək sammit öncəsi son görüşlərini Lüksemburqda keçiriblər.

News24.az xəbər verir ki, nazirlər Avropa İttifaqının Ali Nümayəndəsi Cozep Borrelin sədrliyi ilə keçiriləcək iclasda Ukraynaya dəstəyin davam etdirilməsi, Qərbi Balkan ölkələrinin Aİ-yə daxil olması, Qəzza və Livandakı vəziyyəti, Gürcüstandakı son hadisələri müzakirə edəcəklər.

İclasda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə yanaşı, Qərbi Balkanlardakı 6 ölkə, Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya, Monteneqro, Serbiya və Kosovonun xarici işlər nazirləri də iştirak edəcək.

Görüşdən əvvəl Borrell Qəzza və Livandakı hadisələrlə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb.

Qəzzadakı vəziyyətə toxunan Aİ nümayəndəsi, "Bu həftə sonu ən qanlı günlərdən biri oldu. Hücumlarda 100-dən çox fələstinli həyatını itirdi" dedi.

"Qəzzaya humanitar yardımın çatdırılması qeyri-mümkün hala gəlib”- deyən Borrell yardımın sərhədlərdə gözlədiyini, xarab olduğunu və istifadə olunmazdan əvvəl böyük hissəsinin məhv ediləcəyini bildirib.

"Sosial struktur məhv edilib və vətəndaş cəmiyyəti yoxa çıxıb", - Borrell bildirib. 

Günel Məlikzadə