Rusiyada İŞİD üzvləri iki nəfəri girov götürdü - Milli Qvardiya hərəkətə keçdi
    • 16-06-2024, 12:35
    • 88

Rusiyada İŞİD üzvləri iki nəfəri girov götürdü - Milli Qvardiya hərəkətə keçdi


Rusiyanın Federal Penitensiar Xidmətinin Rostov vilayətində yerləşən 1 saylı istintaq təcridxanasında saxlanılan altı şəxs cəzaçəkmə müəssisəsinin iki əməkdaşını girov götürüb.

News24.az bildirir ki, bu barədə Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir.

Belə ki, məhkumlar təcridxanadakı kameranın pəncərəsinin barmaqlıqlarını sındıraraq növbətçi məntəqəyə daxil olublar və nəzarətçi ilə əməliyyat zabitini girov götürüblər.

Qeyd olunub ki, cinayətkarlar avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər. Artıq vilayətin Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın bütün şəxsi heyəti istintaq təcridxanasına göndərilib.

Təcridxanada üsyan edən Akiyev Şamil, Qiriyev Tamerlan və Tsiskiyev Azamat Karaçay Çərkəz Respublikası ərazisində terror aktı törətməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum ediliblər. Digər üç nəfərin şəxsiyyəti dəqiqləşdirilir.

“TASS”a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, təcridxanada işçilərin girov götürülməsi əvvəlcədən planlaşdırılıb və məhbusların hərəkətlərinin kənardan əlaqələndirilməsi versiyası yoxlanılacaq.