Keyt Middlton xəstəliyindən sonra ilk dəfə rəsmi tədbirdə - Foto
    • 16-06-2024, 15:09
    • 247

Keyt Middlton xəstəliyindən sonra ilk dəfə rəsmi tədbirdə - Foto


Hər il iyun ayında Britaniyada monarxın “rəsmi ad günü” tədbiri olan “Tropping The Colour” bu il də təntənəli şəkildə keçirilib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Kral III Çarlz, onun həyat yoldaşı Kraliça Kamilla və kral ailəsinin üzvlərini daşıyan faytonlar yerli vaxtla saat 10:30-da kortejlə Bukinqem Sarayından ayrılaraq Kral At Mühafizəçilərinin kazarmalarına yollanıb.

Uels şahzadəsi Keyt Middlton xəstəliyi açıqlanandan sonra ilk dəfə rəsmi tədbirdə iştirak edib.

Qeyd edək ki, Middlton bir müddət öncə xərçəngdən əziyyət çəkdiyini açıqlayıb.