Premyer Liqa tarixinin ən gənc baş məşqçisi oldu
    • 16-06-2024, 19:42
    • 268

Premyer Liqa tarixinin ən gənc baş məşqçisi oldu


"Brayton" almaniyalı Fabian Hyurtseleri yeni baş məşqçi təyin etdiyini açıqlayıb.

News24.az Lent.az-a istinadla məlumatına görə, Hyurtseler 2027-ci ilin yayına qədər müqavilə imzalayıb. Əvvəllər o, Almaniyanın “Sankt-Pauli” klubuna rəhbərlik edib. Ötən mövsüm onun komandası ikinci Bundesliqada birinci yeri tutaraq yüksək diviziona yüksəlib.

Bundan əlavə, 31 yaşlı Hyurtseler Premyer Liqa tarixinin ən gənc daimi məşqçisi olub. Bundan əvvəlki rekordçu 32 yaşında “Fulhem”i çalışdıran uelsli Kris Koulman olub.

“Brayton” ötən mövsüm Premyer Liqanın turnir cədvəlini 11-ci pillədə başa vurmuşdu. Mövsüm başa çatdıqdan sonra 2022-ci ilin sentyabrından “Qağayılar”a başçılıq edən Roberto De Zerbi komandadan ayrılıb.