Jurnalist Sərxan Kamallı dəfn olundu
    • 17-06-2024, 17:08
    • 264

Jurnalist Sərxan Kamallı dəfn olundu

Bu gün səhər saatlarında dünyasını dəyişən jurnalist Sərxan Kamallı dəfn olunub.

News24.az APA-ya istinadla xəbər verir ki, jurnalist Sərxan Kamallı doğulduğu Yevlax rayonunda torpağa tapşırılıb.

Mərhumun vida mərasimi Yevlax şəhərində keçirildikdən sonra onun cənazəsi rayonunun Qoyunbinəsi kənd qəbiristanlığında dəfn olunub. Mərasimdə jurnalistin doğmaları, məsləkdaşları və rayon sakinləri iştirak edib.

Xatırladaq ki, 41 yaşlı jurnalist Sərxan Kamallı ötən gün səhər saatalrında insult səbəbilə Xətai Tibb Mərkəzin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, bu gün səhər saatlarında beyindaxili qansızma, sol tərəfli hemiplegiya, baş-beyin ödemi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib.