Tanınmış jurnalist Sərxan Kamallı vəfat edib - YENİLƏNDİ
    • 17-06-2024, 09:46
    • 612

Tanınmış jurnalist Sərxan Kamallı vəfat edib - YENİLƏNDİ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) jurnalist Sərxan Kamallı vəfatı ilə bağlı məlumat yayıb.

News24.az xəbər verir ki, məlumatda deyilir:

"1983-cü il təvəllüdlü jurnalist Sərxan Kamallı 16.06.2024 tarixdə saat 06:25-də insult səbəbilə Xətai Tibb Mərkəzin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, 17.06.2024 07:15-də beyindaxili qansızma, sol tərəfli hemiplegiya, baş-beyin ödemi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib".


***

Baku TV-nin əməkdaşı Sərxan Kamallı vəfat edib.

News24.az xəbər verir ki, bu barədə tanınmış jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıb.

Onun ötən gün insult keçirməsi səbəbindən Xətai Tibb Mərkəzinə yerləşdirildiyi, komatoz vəziyyətdə olduğu bildirilirdi.

Qeyd edək ki, Sərxan Kamallı Baku TV-nin redaktoru işləyirdi. Daha əvvəl o, bir çox media qurumlarında çalışıb.