"Qalatasaray" Van-Bissakaya nə qədər maaş verəcək?
    • 26-06-2024, 15:37
    • 892

"Qalatasaray" Van-Bissakaya nə qədər maaş verəcək?

Sağ cinah müdafiəçisi axtarışlarını davam etdirən "Qalatasaray" Van-Bissaka üzərində israr etməkdə davam edir.

News24.az-ın İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, sarı-qırmızılıların yaxın günlərdə Mançester Yunayteddə çıxış edən Van-Bissaka üçün görüş keçirəcəyi iddia edilib.

"Qalatasaray"ın 26 yaşlı futbolçu üçün 7-8 milyon avroluq transfer haqqı ödəməyə razı olduğu, lakin "qırmızı şeytanlar"ın 13-15 milyon avro civarında transfer qiyməti gözlədiyi vurğulanıb.

Sarı-qırmızılıların 3+1 illik müqavilə təklif etdiyi də qeyd edilib.

Qeyd edək ki, Bissaka ilə əlaqəni davam etdirən sarı-qırmızılıların futbolçuya illik 3,5 milyon avro maaş təklif etdiyi və britaniyalı futbolçunun bu təklifə müsbət yanaşdığı qeyd edilib.

Günel Məlikzadə