Qəzzada can itkisi 35 min 647
    • 21-05-2024, 23:10
    • 205

Qəzzada can itkisi 35 min 647

Fələstin Səhiyyə Nazirliyi Qəzza hücumları ilə bağlı məlumat verib.

News24.az xəbər verir ki, İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda “5 qırğın” həyata keçirdiyi, daha 85 fələstinlinin həyatını itirdiyi, 200 nəfərin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 35 min 647-yə, yaralıların sayının isə 79 min 852-yə yüksəldiyi qeyd edilib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də bildirilib.

Günel Məlikzadə