Qəzzada ölənlərin sayı 32 min 623-ə yüksəldi
    • 29-03-2024, 21:30
    • 192

Qəzzada ölənlərin sayı 32 min 623-ə yüksəldi

Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra açıqlamasında İsrailin Qəzza zolağına 175 gündür hücumları ilə bağlı məlumat verib.

News24.az xəbər verir ki, Kudra son 24 saatda İsrail qüvvələrinin Qəzza zolağına təşkil etdiyi hücumlarda daha 71 fələstinlinin həyatını itirdiyini, 112 fələstinlinin isə yaralandığını bildirib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 32 min 623-ə yüksəldiyini bildirən Kudra, yaralıların sayının 75 min 92-yə çatdığını qeyd edib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin sözçüsü Kudra, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi səbəbilə tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyini vurğulayıb.

Günel Məlikzadə