“60 yaşımda belə geyinsəm, deyərəm ki, ayıbdır” - Müğənni
    • 20-06-2024, 13:00
    • 10 605

“60 yaşımda belə geyinsəm, deyərəm ki, ayıbdır” - Müğənni

"Geyim, tərbiyə, əxlaq yaşa baxmır. Geyimlə tərbiyə ölçülmür. Qapalı geyinib, amma qadına yaraşmayan elə bir hərəkət edə bilər ki... İnsanın xasiyyəti geyimə bağlı bir şey deyil".

News24.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova "Rəngarəng səhər" verilişində deyib.

O, qısa libasını tənqid edənlərə kinayəli ismarış yollayıb: SEO Xidməti

"Mən 60 yaşımda belə geyinsəm, deyərəm ki, ayıbdır. Amma indi nə yaşım. 11 yaşımdan efirdəyəm. 20 yaşlı oğlum və 12 yaşlı qızım var. Həmkarlarım həmişə deyirlər ki, özümüzə görə yaşamırıq. Biz kiməsə görə yaşayırıq. Mənim geyimimə xoşaqəlməz rəyləri yalnız məni qısqanan xanımlar yaza bilər. Mən darıxa bilərəm, amma depressiyaya düşən deyiləm".