Məşhur futbolçu infarkt keçirdi
    • 20-06-2024, 14:48
    • 537

Məşhur futbolçu infarkt keçirdi

Fransanın "Lill" klubunun 29 yaşlı yarımmüdafiəçisi Nabil Bentaleb infarkt keçirib.

News24.az Fanat.Az-a istinadən xəbər verir ki, səhhətində ciddi problem yaranan əlcəzairli təcili xəstəxanaya yerləşdirilib.

Məlumatı Liqa1 təmsilçisinin mətbuat xidməti təsdiqləyib.

Qeyd edək ki, Bentaleb ötən mövsüm bütün turnirlərdə 34 matça çıxaraq 3 məhsuldar ötürmə müəllifi olub. Orta xətt oyunçusu daha öncə "Şalke 04", "Nyukasl" və "Tottenhem"in də uğurları üçün çalışıb.