İsrail elan etdi: “Camaat əl-İslami” lideri öldürüldü
    • 27-04-2024, 09:53
    • 240

İsrail elan etdi: “Camaat əl-İslami” lideri öldürüldü

Ordu sözçüsündən verilən açıqlamaya görə, Livanın Suriya sərhədinə yaxın Beka Vadisi bölgəsində Meydun kəndinə döyüş təyyarələrinin hücumu nəticəsində Livanın sünni Camaat əl-İslami Hərəkatının yüksək səviyyəli lideri Halaf öldürülüb.

News24.az xəbər verir ki, İsrail, Camaat əl-İslaminin Livandakı fəaliyyətlərində HƏMAS ilə koordinasiya etdiyini iddia edib.

Camaat əl-İslaminin verdiyi bəyanatı Livanın rəsmi NNA agentliyi yayıb.

Açıqlamada hücumda lider Musab Halafdan başqa Bilal Halaf adlı üzvün də öldüyü bildirilib.

Qeyd edək ki, Camaat əl-İslami sərhəd xəttində İran tərəfdarı Hizbullahla yanaşı İsrailə qarşı silahlı mübarizəyə qoşulacaqlarını açıqlayıb.

Xatırladaq ki, İsrail ordusu ilə Livan Hizbullahı arasında 2023-cü il oktyabrın 8-dən sərhəd xəttində baş verən qarşıdurmalarda 285 Hizbullah üzvü, 56 Livan vətəndaşı, 18 Əməl Hərəkatı, 13 Həmas, 12 İslami Cihad üzvü, 8 İsrail vətəndaşı və 12 əsgər həlak olub.

Günel Məlikzadə