Donald Trampı  məhkəməyə verdilər
    • 2-08-2018, 16:06
    • 920

Donald Trampı məhkəməyə verdilər

 ABŞ-da hüquq müdafiəçiləri qeyri-leqal miqrantların həbsxanalarda saxlanma şəraiti ilə əlaqədar ABŞ prezidenti Donald Trampın administrasiyasına, ABŞ İmmiqrasiya-Gömrük Polisinə (ICE) və Federal Həbsxana Bürosuna qarşı iddia qaldırıb.

News24.az-ın məlumatına görə ,Amerika Vətəndaş Azadlıqları İttifaqının bəyanatında həbsxanada məhkumlara lazımi tibbi yardım göstərilmədiyi, və normal yemək verilmədiyi bildirilib.

"Məhkəmədən İCE-yə qanunsuz şəraiti dərhal düzəltmək və yekunda saxlanılanların həbsxanadan nəql olunması ilə bağlı göstəriş verməsini xahiş edirik" - bəyanatda deyilir.

İlhamə