ABŞ-ın 20 ştatı Trampı məhkəməyə verdi
    • 6-04-2019, 14:49
    • 971

ABŞ-ın 20 ştatı Trampı məhkəməyə verdi

Amerikanın 20 şatatı prezident Donald Trampı məhkəməyə verib. 

News24.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, ştat rəhbərlərinin bu addımına D.Trampın Meksika ilə sərhədə inşa etmək istədiyi divardır. 

Onlar prezidentin divar üçün federal fonddan 1,6 milyard dollar xərcləməsinin qarşısını almaq istəyirlər. 

Qeyd edək ki, 15 fevral tarixində Donald Tramp Meksika ilə sərhədin cənib hissəsində fövqəladə halın elan olunması ilə bağlı bəyənnamə imzalayıb. 

O, bunun üçün federal fonddan Konqressin icazəsi olmadan ümumlikdə 8 milyard dollar pul xərcləməyi planlayır.