Qaxa güclü dolu düşüb
    • 22-06-2024, 23:54
    • 316

Qaxa güclü dolu düşüb


Qax rayonuna güclü dolu düşüb.

News24.az "Report"a istinadla xəbər verir ki, təbiət hadisəsi bu gün axşam saatlarında mərkəzdə və rayonun kəndlərində müşahidə olunub.

İyirmi dəqiqədən artıq davam edən yağıntı nəticəsində meyvə ağaclarına və fərdi təsərrüfatlara ziyan dəyib.

Hazırda Qax rayonunda güclü küləklə müşahidə olunan leysan yağışı yağır.