-
- 23-06-2024, 14:29
- 217
Vyetnam ABŞ-ı strateji müttəfiq adlandırdı
Vyetnam ABŞ-ı özünün strateji müttəfiqi hesab edir.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu Vyetnam xarici işlər naziri Buy Than Şoy ABŞ Dövlət katibinin Şərqi Asiya və Sakit okean məsələləri üzrə köməkçi Daniel Kritenbrinklə görüşündə deyib.
"Vyetnam ABŞ-ı strateji tərəfdaş hesab edir və bu ölkə ilə Cənub-Şərqi Asiya ölkələri arasında regionda və dünyada sülh, sabitlik və inkişafa töhfə verəcək əməkdaşlığın gücləndirilməsini dəstəkləyir”, - nazir bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin 19-20 iyunda Vyetnama səfəri zamanı iki ölkə arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalamışdı.