Putin Vyetnamdadır
    • 20-06-2024, 08:46
    • 211

Putin Vyetnamdadır

Kremldən verilən yazılı açıqlamada Putinin Vyetnamın paytaxtı Hanoya çatdığı bildirilib.

News24.az xəbər verir ki,v açıqlamada Putinin Vyetnam Kommunist Partiyasının (VKP) baş katibi Nquyen Phu Trong ilə, həmçinin Rusiyadan gələn tələbələrlə də görüşəcəyi bildirilib.

Səfərdən əvvəl “VKP” qəzeti “Nhan Dan” üçün məqalə yazan Putin, Vyetnamla enerji, ticarət və ödənişlərdə əhəmiyyətli irəliləyişlər əldə edildiyini, Ukraynaya qarşı balanslı bir yanaşma olduğunu ifadə edib.

Qeyd edək ki, Qərb dövlətlərinin bir çox sanksiyalar tətbiq etdiyi Rusiya 2022-ci ildən etibarən Asiya ölkələri ilə münasibətlərini intensiv şəkildə yaxşılaşdırmağa çalışır.

Eyni zamanda, Putinin 24 ildən sonra Şimali Koreyaya səfəri zamanı Rusiya ilə Şimali Koreya arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinin imzalanması diqqət çəkib.

Günel Məlikzadə