Dağıstanda hücum edənlərin kimliyi bilindi
    • 24-06-2024, 12:11
    • 339

Dağıstanda hücum edənlərin kimliyi bilindi

Dağıstanda sinaqoq və kilsələrə hücum edən silahlıların kimliyi müəyyənləşib. 

News24.az xəbər verir ki, bu barədə TASS-a RF İK-nin mətbuat xidməti məlumat verib.

Açıqlamada, “Cinayət əməllərinin qarşısı alınarkən cinayətdə iştirak edən 5 nəfərin şəxsiyyəti müəyyən edilib. Müstəntiqlər Dağıstanda hücumlarla bağlı üç maddə, o cümlədən terrorizm və silah oğurluğu ilə bağlı cinayət işini araşdırır"- deyə qeyd edilib.

Xatırladaq ki, ilkin məlumatlara görə, 15 hüquq-mühafizə orqanı əməkdaşı, o cümlədən bir pravoslav keşiş də daxil olmaqla 4 mülki şəxs həlak olub.

Günel Məlikzadə