FSB Xəzər sahilində terakt planını ifşa etdi
    • 1-04-2024, 23:30
    • 140

FSB Xəzər sahilində terakt planını ifşa etdi


Rusiya FTX-sı (FSB) Dağıstanda əməliyyat keçirib.

News24.az xəbər verir ki, bu barədə FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

Məlumata görə, “Krokus Siti Holl” konsert zalına hücumun maliyyələşdirilməsində iştirak edən 4 nəfər həbs edilib.

Onlar Xəzər dənizində insanların sıx toplaşdığı yerlərdə terror aktı planlaşdırıblar, bundan sonra Rusiyanı tərk etmək niyyətində olublar.

FTX bildirib ki, Dağıstanda həbs edilən yaraqlılar Xəzər sahilində də partlayış təşkil etməyi planlaşdırıblar.//axar.az