-
- 3-11-2023, 15:27
- 302
Boşandığı arvadını evə kilidləyib yandırdı – QANDONDURAN HADİSƏ
Adanada Muhammet adlı şəxs 6 il əvvəl boşandığı və birlikdə yaşamağa davam etdiyi yoldaşı ilə mübahisə edib. Mübahisədən sonra evi yandırıb.
News24.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb.
Hadisə dünən saat 12:00 radələrində Seyhan rayonunun Söğütlü rayonunda baş verib
Muhammet kənd təsərrüfatında fəhlə işləyən yoldaşının ona xəyanət etdiyini iddia edərək mübahisə edib. O qapını keçmiş həyat yoldaşının üzərinə kilidləyərək evi yandırıb. Yanğın zamanı qadın ağır xəsarət alıb.
Qonşuların xəbəri üzərinə hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım maşınları sövq edilib. Yanğınsöndürmə qruplarının müdaxiləsi ilə yanğın digər evlərə keçmədən söndürülüb.
İlkin tibbi yardım alan qadın təcili yardımla Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Ülkər Abdurahmanlı