Hakan Fidandan nüvə xəbərdarlığı: Mümkün qədər tez...
    • 25-06-2024, 20:57
    • 243

Hakan Fidandan nüvə xəbərdarlığı: Mümkün qədər tez...

Ukraynadakı münaqişə regiondan kənara da yayıla bilər və nüvə silahından istifadə riski var.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Türkiyə Ukraynada vasitəçiliyə hazırdır. Türkiyə münaqişənin tezliklə sülh yolu ilə həllinin tərəfdarıdır. Bu münaqişə regiondan kənara yayıla bilər. Eyni zamanda nüvə silahından istifadə riski də var. Biz mümkün qədər tez sülh yolu ilə nizamlanma üzrə danışıqlara başlamağı vacib hesab edirik və vasitəçilik səylərini göstərməyə hazırıq", - nazir bildirib.