Taylor Svift səhnədə həşərat uddu
    • 25-06-2024, 21:40
    • 323

Taylor Svift səhnədə həşərat uddu

Musiqi karyerası boyunca aldığı mükafatlarla tarix yazan amerikalı müğənni Taylor Svift "Eras" adlı dünya turnesi çərçivəsində İngiltərənin paytaxtı Londona gedib.

News24.az xəbər verir ki, pop ulduz üç gecə dalbadal “Uembli” stadionunda çıxış edib.

Müğənni son günündə "All Too Well" mahnısını ifa edərkən təsadüfən həşərat udub.

Böcək onun ağzına girdikdən sonra Svift bir müddət mahnı oxumağı dayandırıb və tamaşaçılara “Mən sadəcə bir böcəyi uddum, siz oxumağa davam edin” deyib.

Günel Məlikzadə