-
- 18-04-2024, 20:50
- 251
Taylor Svift pərəstişkarları belə aldadıldı
Musiqi karyerası boyunca aldığı mükafatlarla tarix yazan amerikalı müğənni Teylor Sviftin pərəstişkarlarına saxta biletlərlə bağlı xəbərdarlıq edilib.
News24.az xəbər verir ki, Lloyd Bank İngiltərədə Sviftin konsertləri üçün bilet almağa cəhd edən pərəstişkarlarının 1 milyon funt-sterlinq pulunun oğurlanmış ola biləcəyini açıqlayıb.
Bank “təcili xəbərdarlıq” edib və 600-dən çox müştərisinin aldadıldığı barədə məlumat verib. Böyük Britaniyada bu rəqəmin 3 mini keçdiyi təxmin edilir.
Qeyd edək ki, Svift London, Liverpul və Edinburq kimi şəhərlərdə ümumilikdə 15 konsert verəcək. İyunun 7-də Edinburqda başlayacaq konsertə 1,2 milyon insanın gəlməsi gözlənilir, lakin biletlər qısa zamanda tükəndiyi üçün Swift pərəstişkarları sosial mediada bilet axtarmağa başlayıblar.
Müğənninin konsertinə getmək üçün daha yüksək məbləğ ödəməyə razı olanlar sosial şəbəkədə yayımlanan saxta reklamların qurbanı olub.
Bank, aldadılan hər qurbanın təxminən 332 funt sterlinq itirdiyini, bəzilərinin isə hətta min funt sterlinqdən çox itirdiyini bildirib.
Xatırladaq ki, keçən il Coldplay, Beyonce və Harry Styles pərəstişkarları da fırıldaqçıların hədəfinə çevrilmişdi.
Günel Məlikzadə