Bu ölkə təxminən 30 min ton taxıl saxlayacaq
    • 25-06-2024, 23:59
    • 864

Bu ölkə təxminən 30 min ton taxıl saxlayacaq

Norveç Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Norveçin Kənd Təsərrüfatı və Qida Naziri Geir Pollestad və 4 özəl şirkətin imzaladığı müqaviləyə əsasən, Norveçin 30 min ton taxıl ehtiyatı saxlayacağı bildirilib.

News24.az xəbər verir ki, sözügedən taxıl şirkətlərin müəssisələrində saxlanılacaq, lakin Norveç hökumətinə məxsus olacaq.

Açıqlamada sözügedən qərarın “gözlənilməz vəziyyətlərə hazır olmaq” üçün verildiyi bildirilib.

Norveçdə NRK radio yayımına danışan Pollestad 2029-cu ilə qədər ehtiyatların artırılması üçün müxtəlif səhm müqavilələrinin imzalanacağını qeyd edib.

Qeyd edək ki, Norveçdə taxıl anbarları 2003-cü ildə "artıq lazım olmadığı" səbəbi ilə bağlanıb.

Günel Məlikzadə