"Biz Qara dəniz taxıl sazişini yeniləməkdə maraqlı deyilik"
    • 29-02-2024, 14:27
    • 409

"Biz Qara dəniz taxıl sazişini yeniləməkdə maraqlı deyilik"

Moskva administrasiyası Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı açıqlama verib.

News24.az TASS xəbər agentliyinin məlumatına istinadən xəbər verir ki, Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev bəyan edib ki, Rusiya Qara dəniz taxıl sazişinin yenilənməsində maraqlı deyil və özünün taxıl ixracı imkanlarına malikdir.

Ötən ilin ortalarında müddəti başa çatan müqavilə Ukraynaya Qara dəniz limanları vasitəsilə taxıl daşımağa icazə verib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ötən ilin noyabrında verdiyi açıqlamada "Biz səylərimizi davam etdiririk, lakin Qara Dəniz Taxıl Təşəbbüsünü canlandırmaq çətin olacaq" dedi.

Quterreş təşəbbüsün canlandırılmasının münaqişə tərəflərinə fayda verəcəyini ifadə edərək, “İdeal olan tərəflərin Qara dənizdə naviqasiya azadlığını təsdiqləmələri olardı, lakin məncə, bu, hal-hazırda xəyaldan irəli gedə bilməz".

Ukrayna-Rusiya müharibəsinin qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün BMT, Rusiya, Türkiyə və Ukrayna 22 iyul 2022-ci ildə İstanbulda Qara Dəniz Taxıl Təşəbbüsü Sazişi imzalayıb.

Qeyd edək ki, keçən iyul ayında verdiyi açıqlamada Kreml, "Taxıl dəhlizi sazişi faktiki olaraq sona çatdı. Müvafiq şərtlər yerinə yetirilən kimi Rusiya taxıl müqaviləsinə qayıdacaq. Müqavilənin Rusiya ilə bağlı hissəsi hələ də imzalanmayıb”.

Günel Məlikzadə