Fəxri onları tanımadı...
    • 26-06-2024, 16:50
    • 258

Fəxri onları tanımadı...

Avroviziya təmsilçimiz Fəxri İsmayılov (Fakhree) bəzi həmkarlarını tanımayıb.

News24.az OLAY-a istinadla yazır ki, “Tarixin bir günü” verilişində qonaq olan Faxree və İlkin Dövlətova həmkarlarının fotoları göstərilib. 

Fəxri Nəfəs, Zeynəb Həsəni və Vəfa Şərifovanı tanımadığını bildirib. O, Türkan Vəlizadənin adını xatırlamasa da, Pərviz Bülbülə ilə duet oxuduğunu qeyd edib.

Bundan əlavə, təmsilçimiz Şəbnəm Qəhrəmanovanın adını bilməsə də, “Ağır cinayət” mahnısını dinlədiyini söyləyib. Fəxri Əminə Şirinin şəkli ilk çıxanda onu Aysun İsmayılova ilə səhv salsa da, daha sonra tanıdığını, hətta bacısının toyunda onun ifa etdiyini deyib. 

Şəbnəm Tovuzluya gəlincə, F. İsmayılov onun marketinqinin yaxşı qurulduğunu qeyd edib. 

Fəxri həmkarlarını tanımaması haqqında  “Nəzərə alaq ki, Azərbaycana 2018-ci ildə gəlmişəm” açıqlamasını verib.