Nazirdən medal qazanan şagirdlərlə bağlı paylaşım
    • 29-06-2024, 08:18
    • 159

Nazirdən medal qazanan şagirdlərlə bağlı paylaşım


Azərbaycan məktəbliləri beynəlxalq informatika olimpiadasında 2 medal qazanıblar.

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev X hesabında yazıb.

“Çexiyanın Brno şəhərində keçirilən Mərkəzi Avropa İnformatika Olimpiadasında (CEOI 2024) məktəblilərimiz 1 gümüş və 1 bürünc medal qazanıblar. Məktəblilərimizi təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik”, - nazir qeyd edib.