Bakıda avtomobil təmiri sexi yanıb
    • 22-03-2023, 22:34
    • 186

Bakıda avtomobil təmiri sexi yanıb

Bakıda sex yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Binəqədi rayonunda ümumi sahəsi 500 kv.m olan bir dam altında tikilən 8 boksdan ibarət avtomobil təmiri sexinin 1 boksunun dam örtüyünün taxta atmaları 38 kv.m sahədə və içərisində olan 1 ədəd hava kompressoru yanıb.

“Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - deyə qeyd olunub.