Bosch-un yeni hədəfi -
    • 26-06-2024, 23:59
    • 563

Bosch-un yeni hədəfi - "Whirlpool"

Reuters-in məlumatına görə, alman mühəndislik qrupu Robert Bosch GmbH ABŞ-ın ağ əşya istehsalçısı Whirlpool-u almaq üçün təklif verməyi nəzərdən keçirir ki, bu da ağ əşya bazarındakı mövqeyini gücləndirəcək.

News24.az xəbər verir ki, məsələ ilə bağlı məlumatı olan üç mənbədən biri, Bosch-un bazar dəyəri təxminən 4,8 milyard dollar olan Whirlpool üçün alış təklifi vermək üçün məsləhətçilərlə görüşdüyünü, lakin təklifin edilib-edilməyəcəyinin dəqiq olmadığını bildirib.

Son illərdə yenidən strukturlaşma prosesindən keçən Whirlpool, Avropadakı əməliyyatlarını Arçelik tərəfindən idarə olunan və Yaxın Şərq və Afrikadakı əməliyyatlarını ləğv edən yeni bir şirkətə köçürüb.

Xəbərin ardından Whirlpool səhmləri bazar əvvəli əməliyyatlarda 14%, Arçelik səhmləri isə yüzdə 2-dən çox bahalaşıb.

Günel Məlikzadə