-
- 19-06-2024, 15:48
- 438
Dünyanın ən dəyərli şirkəti OLDU
Nasdaq birjasında satılan Kaliforniya mərkəzli çip istehsalçısı Nvidia-nın səhmləri 18 İyun Çərşənbə axşamı saat 22.10-a olan məlumata görə 3 faizdən çox dəyər qazanaraq bir səhm üçün 135.96 dollara yüksəlib.
News24.az xəbər verir ki, səhmlərinin artması ilə şirkətin ümumi bazar dəyəri 3,34 trilyon dollara çatıb.
Beləliklə, Microsoft-un 3,32 trilyon dollarlıq bazar dəyərini keçən Nvidia, dünyanın ən dəyərli şirkəti olub.
Qeyd edək ki, Nvidia-nın səhmləri süni intellekt çiplərinə tələbat artmaqda davam etdiyi üçün ilin əvvəlindən 170 faizdən çox dəyər qazanıb.
Nvidia-nın bazar dəyəri iyunun əvvəlində ilk dəfə olaraq 3 trilyon dolları keçib.
Günel Məlikzadə