Fərdinin transferində mübadilə düsturu
    • 27-06-2024, 23:10
    • 244

Fərdinin transferində mübadilə düsturu

Nuri Şahinin çalışdırdığı Dortmund "Borussiya"sı "Fənərbağça"nın ulduz futbolçusu Ferdi Kadıoğlu ilə bağlı israrlarını davam etdirir.

News24.az xəbər verir ki, sarı-göylülər Ferdi Kadıoğludan 30 milyon avro gəlir gözləyir.


Almaniya komandasının hücumçusu Niklas Füllkrug üçün 15 milyon avroluq təklif etməyə hazırlaşdığı iddia edilib.

Sarı-göylülərin bu təklifə müsbət yanaşdığı və razılaşma ehtimalının yüksək olduğu bildirilib.

Qeyd edək ki, Dortmund klubu ilə daha 2 illik müqaviləsi olan 31 yaşlı hücumçu ötən mövsüm 46 rəsmi oyunda 16 qol vurub, 10 məhsuldar ötürmə verib.

“Fənərbağça”nın heyətində isə 51 rəsmi oyuna çıxan Ferdi Kadıoğlu bu matçlarda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

Günel Məlikzadə