Sumqayıtda yanğın: Tüstüdən zəhərlənənlər var
    • 27-06-2024, 23:01
    • 295

Sumqayıtda yanğın: Tüstüdən zəhərlənənlər var


Sumqayıt şəhərində yaşayış binalarından birində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən  bildirilib ki, bütün zəruri tədbirlər görülür, ərazi və sakinlərin əmlakı mühafizəyə götürülüb.

Qeyd edək ki, Sumqayıt şəhəri, stansiya Sumqayıt adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı 25 bina sakini təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunub.