Bakıda xəstəxananın həyətində gənclər arasında - QANLI DAVA
    • 18-01-2020, 17:18
    • 1 138

Bakıda xəstəxananın həyətində gənclər arasında - QANLI DAVA

Bakıda xəstəxananın həyətində gənc oğlanı bıçaqlamaqda ittiham olunan 1996-cı il təvəllüdlü İlkin Şərbətəlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Rahib Salmanovun icraatına verilib. Yaxın günlərdə məhkəmənin hazırlıq iclası başlanacaq.
İttihama görə, ötən il oktyabrın 1-də Qaradağ rayonun Qobustan qəsəbəsində yerləşən Zaur Bayramov adına 9 saylı Birləşmiş Uşaq Xəstəxanasının həyətində İlkin Şərbətəli şəxsi münasibətlər zəminində 2001-ci il təvəllüdlü Sənan Nəcəflini bıçaqlayıb.

Sənan Nəcəfliyə xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən İlkin Şərbətəli Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tətəfindən həbs olunub.

İstintaq orqanı tərəfindən İlkin Şərbətəlinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. /Teleqraf.com/