YouTube-da yeni süni intellekt funksiyası
    • 28-06-2024, 22:20
    • 185

YouTube-da yeni süni intellekt funksiyası

YouTube Premium abunəçilərinə daha çox funksiyalar əlavə edir.

News24.az xəbər verir ki, YouTube Conversational Artificial Intelligence adlı xüsusiyyətə qovuşur.

Baxdığınız video haqqında suallar vermək üçün bu funksiyadan istifadə edə bilərsiniz.

Videoda tam olaraq axtardığınız məlumatı tapmaq üçün artıq bütün videoya baxmağa ehtiyac yoxdur.

Videonun altındakı "Soruş" düyməsini sıxmaqla ondan istifadə edə bilərsiniz. Bu funksiya hazırda yalnız ABŞ-da mövcuddur.

Günel Məlikzadə