-
- 28-06-2024, 22:40
- 339
Taylor Svift də toyuq dönər sevir
2023-cü ildə "İlin adamı" seçilən və uğurları ilə tez-tez gündəmə gələn Taylor Swift, Eras adlı dünya turuna davam edir. Londona qastrol səfəri çərçivəsində gələn müğənninin sevimli kabab restoranı məlum olub.
News24.az xəbər verir ki, Kentish Delight adlı mağazanın sahibi Əhməd Xan, "Taylor Swift buradan çox sifariş verir" deyərək, tez-tez pop ulduzun mağazasına üstünlük verdiyini bildirib. "Onun sevgilisi Joe Alwyn bu yerin ən yaxşı kabab yeri olduğunu bilirdi və onu Taylora göstərmək istəyirdi", - mağaza sahibi Xan deyib.
Pandemiyadan əvvəl sevgilisi Co Alvin ilə tez-tez mağazaya gələn müğənninin sevimlisi toyuq dönəridir. Məşhur müğənni adətən salat və əlavə sarımsaq sousu ilə toyuq dönəri sifariş edir.
Qeyd edək ki, Svift bu kababxananı o qədər sevir ki, burada klip çəkdirməyi seçib. Müğənni Ed Sheeran və Future ilə birlikdə ifa etdiyi "End Game" (2017) mahnısının bəzi səhnələrini bu mağazada çəkib.
Müğənninin sayəsində satışları partlayan mağaza sahibi Sviftin çox səxavətli olduğunu əlavə edib.
Günel Məlikzadə