Yaponiya müşahidə peykinin buraxılması təxirə salındı
    • 28-06-2024, 23:10
    • 238

Yaponiya müşahidə peykinin buraxılması təxirə salındı

JAXA yeni tipli “ALOS-4” müşahidə peykinin buraxılışını təxirə salıb.

News24.az xəbər verir ki, JAXA-nın açıqlamasında bildirilir ki, cənubdakı Taneqaşima Kosmik Mərkəzindən yeni tipli müşahidə peykinin orbitə buraxılması qrafikində dəyişiklik edilib.

İyunun 30-da orbitə buraxılacağı açıqlanan müşahidə peyki ölkənin cənub rayonlarında pis hava şəraiti ilə əlaqədar həftənin əvvəlində orbitə buraxılacaq.

Yaponiya Müdafiə Nazirliyi tərəfindən hazırlanmış infraqırmızı sensorlu "Qabaqcıl Quruda Müşahidə Peyki" (ALOS-4) istifadədə olan ALOS-2-ni əvəz edəcək.

Yeni tipli “ALOS-4” peyki fəlakətin xəritəsini tərtib etmək üçün məlumatların toplanması və raket sınaqları da daxil olmaqla hərbi fəaliyyətlərin monitorinqi kimi kəşfiyyat missiyalarını yerinə yetirəcək.

Günel Məlikzadə