Yaponiyadan yeni peyk: DAICHI-4 orbitə göndərildi
    • 1-07-2024, 15:44
    • 106

Yaponiyadan yeni peyk: DAICHI-4 orbitə göndərildi

Yaponiya DAICHI-4 müşahidə peykini uğurla orbitə göndərib.

JAXA-nın verdiyi açıqlamada qeyd olunub ki, peyki daşıyan H3 raketi yerli vaxtla saat 12.06-da Kaqoşima əyalətindəki Taneqaşima Kosmik Mərkəzindən buraxılıb.

News24.az xəbər verir ki, orbitə buraxıldıqdan təxminən 17 dəqiqə sonra alçaq Yer orbitinə çıxarılacağı açıqlanan peyk, fəlakətlərdən təsirlənən əraziləri müşahidə etmək və vulkanik fəaliyyətləri və ya zəlzələlərin yaratdığı yer çevrilmələrini izləmək üçün istifadə olunacaq.

"Qabaqcıl Quruda Müşahidə Peyki-4" (ALOS-4) olaraq da bilinən peykin qabaqcıl radar texnologiyası sayəsində pis hava şəraitində və gecə saatlarında belə yüksək keyfiyyətli görüntülər əldə edə bildiyi açıqlanıb.

Günel Məlikzadə