Metroda eskalator qəzası: Yaralılar var - FOTO
    • 1-07-2024, 15:31
    • 305

Metroda eskalator qəzası: Yaralılar var - FOTO

Türkiyə İzmir metrosunda əks istiqamətdə hərəkət edən eskalatorun nasaz olması nəticəsində 11 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, Konak mahalı Üçyol Metro Stansiyasından çıxışı təmin edən eskalator naməlum səbəbdən üzərində sərnişinlər olduğu halda qəfildən əks istiqamətə hərəkət etməyə başlayıb.

11 nəfər müvazinətini itirərək əks istiqamətdə hərəkət edən pilləkənlərə yıxılaraq yüngül xəsarət alıb.

Hadisə yerinə həkim qrupları sövq edilib və yaralılar nəzarət üçün ətrafdakı xəstəxanalara aparılıb.

Günel Məlikzadə