Ronaldo göz yaşlarını saxlaya bilmədi
    • 2-07-2024, 10:00
    • 261

Ronaldo göz yaşlarını saxlaya bilmədi

Almaniyanın ev sahibliyi etdiyi AVRO-2024-də Portuqaliya Frankfurt Arenada Sloveniya ilə üz-üzə gəlib. Penaltilər seriyasında 3:0 hesabı ilə qalib gələn Portuqaliya 1/4 finala vəsiqə qazanıb.

News24.az xəbər verir ki, Ronaldo ilk əlavə hissənin sonunda qazanılan penaltiyə nəzarəti ələ keçirəndə qapıçı Yan Oblak qolun vurulmasına imkan verməyib.

Fasilə zamanı buraxdığı penaltidən sonra Ronaldo göz yaşlarını saxlaya bilməyib. Emosional anlar yaşayan ulduz futbolçuya komanda yoldaşları təsəlli verib.

Penaltilər seriyasında ilk zərbəni və qolu vuran Ronaldo azarkeşlərindən üzr istəyib.

Günel Məlikzadə