Qaydaları pozan, homoseksual olduğunu gizlədən “Eurovision” qalibi – BİRİNCİLİYİ ƏLİNDƏN ALINACAQ? - VİDEO
    • 22-05-2019, 12:10
    • 1 668

Qaydaları pozan, homoseksual olduğunu gizlədən “Eurovision” qalibi – BİRİNCİLİYİ ƏLİNDƏN ALINACAQ? - VİDEO

Deyəsən, “Eurovision 2019” “Expo Tel-Aviv”də səslənən mahnılardan daha çox qalmaqallarıyla yadda qalacaq. Çünki mahnı müsabiqəsi ilə bağlı daha bir narazılıq ortaya çıxıb. Bu dəfə səbəbkar yarışmanın birincisi olan Niderlanddır.

News24.az xəbər verir ki, 2020-ci ildə “Eurovision”a ev sahibliyi etməyə hazırlaşan ölkənin qələbəsi əlindən alına bilər. Buna səbəb isə Dunkan Lourensin müsabiqədə ifa etdiyi “Arcade” mahnısının “Eurovision” üçün yazılmamasıdır. Heç demə, ifaçı bu mahnını 2017-ci ildə ifa edərək “YouTube” kanalına yerləşdiribmiş.

Lakin Avropa Yayım Birliyinin rəsmisi Devid Qudman məsələ ilə bağlı açıqlama verərkən yayılan xəbərləri təkzib edib. O bildirib ki, həmin görüntülərdə D.Lourens qalib mahnının daha da mükəmməlləşdirmək üçün məşq edirmiş.

İfaçının meneceri Vouter Hardi də açıqlamasında “Arcade” mahnısının 2 il ərzində hazırlandığı və bəstənin 165 fərqli versiyada olduğunu deyib.
Dunkan Lourens haqda daha bir maraqlı məlumat da yayılıb.

Onun “Eurovision”un final gününə qədər cinsi orientasiyasını gizlətdiyi deyilir. Bildirilir ki, ifaçının homoseksual olduğunu açıqlamamasının səbəbi səsvermə zamanı izləyicilərin onu dəstəkləməyəcəyindən qorxmasıdır.