Keçmiş arvadını öldürüb, intihar etdi
    • 2-07-2024, 13:30
    • 213

Keçmiş arvadını öldürüb, intihar etdi

Türkiyədə Ramazan Yener (32)  ayrıldığı həyat yoldaşı İklim Altınsoyun (28) evinə gedib.

News24.az xəbər verir ki, burada yaşanan mübahisədən sonra Ramazan Yener arvadına ov tüfəngi ilə atəş açıb, daha sonra isə eyni silahla özünə atəş açıb.

Xəbər verildikdən sonra hadisə yerinə 112 Təcili Tibbi Yardım və jandarma qrupları sövq edilib.

Sağlamlıq qrupları Altınsoy və Yenerin həyatını itirdiyini təyin edib.

Qeyd edək ki, Yener və Altınsoyun iki övladı olduğu öyrənilib.

İki nəfərin meyiti morqa aparılıb.

Günel Məlikzadə