İtlər sörfinq taxtasında bir-biri ilə yarışdılar
    • 2-07-2024, 17:07
    • 171

İtlər sörfinq taxtasında bir-biri ilə yarışdılar

Yüzlərlə it sahibləri ilə birlikdə sörfinq meydançasına çıxıb. Rəngli görüntülər kameralara əks olunub.

News24.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi it festivalı keçirilib. Festival çərçivəsində avarlı sörfinq yarışı təşkil olunub.

Sevimli itlər sahibləri ilə sörfinq taxtasına çıxdılar.

Festival zamanı park ərazisində də müxtəlif tədbirlər keçirilib. İtlər də sahibləri ilə hovuza giriblər.

Qeyd edək ki, festivalda it sığınacaqları üçün də ianələr toplanır.

Günel Məlikzadə