Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən AÇIQLAMA
    • 3-07-2024, 11:42
    • 219

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən AÇIQLAMA

44 günlük Vətən müharibəsində şəhid olan Vüqar Eldar oğlu İsmayılovun ailəsi oğurlanıb.

News24.az Lent.az-a isti8nadla xəbər verir ki, bu iddia ilə şəhidin anası Səidə İsmayılova və qayınanası çıxış edib. 

Şəhid anası gəlininin və nəvələrinin qaçırıldığını iddia edib. Onun sözlərinə görə, gəlinini övladları ilə birgə öz xalası oğlu himayəsinə götürmək adı ilə aldadaraq qaçırıb.

Şəhidin atası Eldar İsmayılov və gəlinin atası isə bildirib ki, həmin adam 5 il insan oğurluğu faktı ilə həbsdə yatıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, qeyd edilən məsələ ilə bağlı vətəndaşın müraciəti əsasında Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb.

Araşdırmaya əsasən qadının könüllü razılıq əsasında getdiyi məlum olub.