-
- 30-08-2019, 10:53
- 839
Mənəvi-psixoloji təminat üzrə zabitlərlə SEMİNAR KEÇİRİLDİ
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu tədris ilinin hazırlıq planına əsasən ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərlə seminar keçirilib.
Nazirlikdən News24.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu işinə, ordunun döyüş qabiliyyətinə, onun şəxsi heyətinin döyüş və vətənpərvərlik ruhuna daim yüksək qiymət verdiyini bildirib. Hərbi hissələrdə intizamın möhkəmləndirilməsi sahəsində həyata keçirilən fəaliyyətlər və bu sahədə ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinlərinin üzərinə düşən vəzifələrdən danışan nazir müavini möhkəm hərbi intizamın ordunun keyfiyyətli döyüş hazırlığının təmin edilməsinin zəruri şərtlərindən biri olduğunu qeyd edib.
General-leytenant K.Vəliyev bildirib ki, toplantıya cəlb olunan zabit heyəti bundan sonra da öz vəzifə borclarını məsuliyyətlə yerinə yetirəcək, Ali Baş Komandanın və Müdafiə nazirinin şəxsi heyət qarşısında qoyduğu vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün var qüvvələrini əsirgəməyəcəklər.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi – Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini general-mayor Rasim Əliyev Azərbaycan Ordusunda nizam-intizamın yüksəldilməsi məqsədilə görülən işlərdən və perspektivlərdən, intizamın möhkəmləndirilməsi sahəsində həyata keçirilən islahatlardan və bu sahədə ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin üzərinə düşən vəzifələrdən danışıb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin nümayəndəsi Ruslan Əliyev “Azərbaycan Respublikasında 2019-cu ilin oktyabr ayında keçiriləcək “Əhalinin siyahıya alınması” tədbiri ilə əlaqədar hərbi hissə və müəssisələrdə hazırlıq işlərinin müzakirəsi” mövzusunda çıxış edərək bununla əlaqədar hərbi şəhərciklərdə, qapalı müəssisələrdə görüləcək işlərə aydınlıq gətirib.
Toplantıda Respublika Hərbi Prokurorluğunun nümayəndəsi ədliyyə polkovnik-leytenantı Ceyhun Cəfərov, eləcə də Müdafiə Nazirliyinin müxtəlif idarə və hərbi hissələrinin zabitləri çıxış edərək ordunun döyüş qabiliyyətinə təsir edən bir çox mövzular ətrafında fikir və mülahizələrini bölüşüblər.